Mercedes GP yeni simulyator quraşdırıb

Bu həftə Mercedes GP komandası Formula1 maşınının yeni simulyatorunu quraşdırıb. Simulyatoru hazırlayanların fikrincə, bu simulyatorda iş zamanı sürücülərdə dəniz xəstəliyinin […]

Bu həftə Mercedes GP komandası Formula1 maşınının yeni simulyatorunu quraşdırıb. Simulyatoru hazırlayanların fikrincə, bu simulyatorda iş zamanı sürücülərdə dəniz xəstəliyinin sindromları əmələ gəlməyəcək – xatırladaq ki, bundan əvvəlki simulyatorda Mixael Şumaher belə çətinliklərlə üzləşmişdi.

Dünən yeni simulyatoru Niko Rosberq yoxlayıb və çox razı qalıb. Alman sürücü öz mikrobloqunda yazıb ki, əla qurğudur, irəliyə doğru böyük addımdır, yeni trenajor mənə çox kömək edəcək.”

Komandanın əsas sürücülərindən əlavə yeni simulyatorda Əntoni Dəvidson daişləyəcək, britaniyalı sürücü məhz bu məqsədlər üçün bazaya dəvət olunub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*