Mercedes GP yeni motorhoumunu Monakoda təqdim edəcək

Barselona uik-endini başa vurduqdan sonra komandalar avadanlıqlarını toplayıb Monakoya tələsiblər – knyazlığın paytaxtının küçələrində isə iş artıq başlayıb, komandalar motorhoumlarını […]

Barselona uik-endini başa vurduqdan sonra komandalar avadanlıqlarını toplayıb Monakoya tələsiblər – knyazlığın paytaxtının küçələrində isə iş artıq başlayıb, komandalar motorhoumlarını yüksəldirlər, bir neçə gündən sonra fəxri qonaqları və sponsorları qəbul edəcəklər.

Hamıdan əvvəl Mercedes GP komandası işə başlayıb, çünki komanda Monakoda yeni motorhoumunu nümayiş etdirəcək. Yeni ikimərtəbəli motorhoum əla alınıb, komandanın bildiridiyinə görə, yeni motorhoumun hazırlanması məsrəflərin azaldılması kursu çərçivəsində yerinə yetirilib – baha olmayan materiallar və elementlərdən istifadə olunub, amma son nəticə şirkətin və komandanın statusuna uyğun alınıb.

Avropa yarışlarında ən sonuncu Force İndia komandası yeni motorhoumunu göstərəcək – komanda Türkiyə Qran Prisinə hazırlaşır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*