Mercedes GP yeni motor qapağını təqdim edəcək

Barselonada Mercedes GP maşınlarında çox radikal görünüşlü yeni motor qapağı peyda olacaq – bu barədə Autosport xəbər verib. Yeni element […]

Barselonada Mercedes GP maşınlarında çox radikal görünüşlü yeni motor qapağı peyda olacaq – bu barədə Autosport xəbər verib. Yeni element texniki təkmilləşdirmələr kompleksinə daxildir və Mercedes-in zavod komandasının liderlərdən geriqalmasını aradan qaldırmağa xidmət eləməlidir.

Artıq xəbər vermişdik ki, MGP W01-in təkər bazası artırılacaq: bu maşının ön asılqanında linklərin yerinin dəyişdirilməsi hesabına əldəe dilib və maşının çəkipaylanmasını yaxşılaşdırmalıdır. Aerodinamika da ciddi dəyişikliyə məruz qalıb: komanda yuxarı hava kanalının yerini dəyişməyi qərara alıb, indi bu kanala havanın daxil olması üçün dəliklər motor qapağının yanlarına endirilib, bu isə maşının havaya qarşı müqavimətini azaltmalıdır.

Autosport-un güman etdiyinə görə, Mixael Şumaher modernizə edilmiş şassini keçən həftə Britaniyanın Rokinqhəm avtodromunda yoxlayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*