Mercedes GP pit-stoplarda ən sürətlidir

Niko Rosberqin Şanxayda inamlı çıxışı Mercedes GP komandasının bütün kollektivinə yeni ruh verib, axı MGP W02 çempionatın üçüncü mərhələsinin ən […]

Niko Rosberqin Şanxayda inamlı çıxışı Mercedes GP komandasının bütün kollektivinə yeni ruh verib, axı MGP W02 çempionatın üçüncü mərhələsinin ən sürətli maşınlarından biri idi.

Rosberq maşınının bakında yanacağın kifayət qədər olmaması üzündən finişdə beşinci olmuşdu, çünki yarışın son hissəsini maksimum aqresiv rejimdə keçirə bilməmişdi. Əgər komanda yanacağın miqdarını hesablayarkən səhvə yol verməsəydi, Mercedes GP-nin gənc sürücüsünün ən azı podium qazanmaq şansı var idi.

Ross Braunun başçılıq etdiyi komanda daha bir vacib sahədə uğur qazanıb: Mercedes GP pit-stopları hamıdan tez keçirir. İlk üç Qran Prinin nəticələrinə görə Mercedes GP sürücülərinin boksa səfəri orta hesabla 22.3 saniyə çəkir (pit-leynə giriş, pit-stop, pit-leyndən çıxış) – bu, hələlik Formula1 komandaları arasında ən yaxşı nəticədir.

Bunun əsas səbəbi isə Brəkli mühəndislərinin hazırladıqları orijinal təkər bərkidicisidir, bunun sayəsində mexaniklər təkərləri daha tez dəyişirlər. Əvvəlki mövsümlərlə müqayisədə pit-stopların sayının artması şəraitində komanda ciddi üstünlük qazanıb.

Hərçənd, komandanın əsas rəqiblər çox geri qalmayıblar: McLaren orta hesabla boksda cəmi 0.08 saniyə çox, Red Bull isə 0.3 saniyə çox vaxt itirirlər. Məhz bu üçlük reytinqə başçılıq edir.

Maraqlıdır ki, növbəti yerləri Sauber, Force İndia və Lotus Renault GP komandaları tuturlar, Ferrari isə 7-ci yerdədir və köhnə komandalardan yalnız Williams və Toro Rosso-nu qabaqlayır. Siyahını isə yeni komandalar tamamlayırlar: Team Lotus, Marussia Virgin və Hispania…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*