Mercedes GP Petronas F1 Team – MGP W01 (video)

2010-cu il mövsümü Mercedes GP komandasının Ştutqartda təqdimat mərasimi ilə başlayıb, amma bu yeni maşının ənənəvi təqdimatı deyildi, bu dəfə […]

2010-cu il mövsümü Mercedes GP komandasının Ştutqartda təqdimat mərasimi ilə başlayıb, amma bu yeni maşının ənənəvi təqdimatı deyildi, bu dəfə Mercedes-in muzeyinə toplaşanlar keçənilki Brawn GP maşınının üzərinə vurulmuş rəng çaları ilə və komandanın yeni sürücüləri ilə tanış olublar.

MGP W01 üzərində iş hələ davam edir, yeni şassi fevralın 1-də Valensiyada debüt edəcək, həm də ən maraqlı detalları komanda testlərin son seriyasına saxlayacaq, Ştutqartda isə jurnalistlər komandanın qarşıdakı mövsümdə planlarını eşidiblər.

merc4
Mercedes-in dizayner mərkəzinin mütəxəssisləri rəng çalarında tarixi və müasirliyi sintez etməyə çalışıblar. Təqdimatda 1934-cü ildə baş vermiş əfsanəvi hadisə xatırlanıb – o zaman Mercedes W25 maşınının çəkisini azaltmaq üçün onun üzərindən boyanı qaşımışdılar – həmin yarışın xatirəsinə MGP W01-in korpusunda Mercedes loqotiplərinin altında rənqlənməmiş karbon sahələr saxlanılıb.

Tədbir irimiqyaslı alınıb, Mercedes-in muzeyinə 600-dən çox qonaq çağırılmışdı – jurnalistlər, fotoqraflar, Mercedes-Benz-in və Brawn GP-nin əməkdaşları. Mərasimi giriş sözü ilə Daimler AG konserninin icraçı direktoru və Mercedes-Benz Cars-ın başçısı Diter Tsetşe açıb…

merc7
Diter Tsetşe: “Almaniyada dünya şöhrətli ulduz elə də çox deyil, amma onlardan ikisi bu gün burdadır: Mixael Şumaher və Mercedes-Benz. Mixael özünün ilk məhəbbətinə qayıdır! Əgər komanda bu il titul qazanmasa, qorxulu heç nə baş verməyəcək – bizə bir qədər vaxt verin, bu baş verənə qədər mən sağ qalacam.”

Keçən il Ross Braun bir daha sübut etdi ki, möcüzələr yaratmağa qadirdir – gələcəyi naməlum olan komanda çempionatda qalib gəldi və bir çox avtoistehsalçıların Formula1-i tərk etdiyi bir vaxtda Mercedes-in dəstəyini qazandı. Bəhreyndə, mövsümün ilk yarışında Ross yenə də yeni komandaya başçılıq edəcək, amma məqsədlər yenə də ən ciddidir…

merc6
Ross Braun: “Ştuqartda Mercedes-in muzeyində Mercedes GP komandasının təqdimatında iştirak etmək böyük şərəfdir – muzeyin eksponatları şirkətin fantastik yarış ənənələrindən xəbər verir. Biz də bu tarixə adımızı yazmağa çalışacayıq.

Keçən il və bu qış komanda MGP W01 üzərində gərgin işləyib, biz hamımız gələn həftə başlayacaq Valensiya testlərini səbirsizliklə gözləyirik. Bizim iki əla sürücümüz var – Niko və Mixael, çempionatın ən güclü cütlüklərindən biri. Mercedes-Benz-lə, Aabar-la, bizim yeni titul sponsorumuz Petronas-la və komandanın digər tərəfdaşları ilə birlikdə səbirsizliklə mövsümün başlanmasını gözləyirik.”

Mercedes Motorsport-un vitse prezidenti Norbert Hauq zavod komandasının qəbul etdiyi çağırışın miqyasından danışıb…

Norbert Hauq: “Mercedes GP Petronas komandasının bugünkü təqdimatı ilə Mercedes-in idman şöbəsinin yüzillik tarixində yeni era başlayır. Qarşıdakı mövsümdə biz Formula1-in 60 illik tarixində ən ciddi çağırışın şahidi olacayıq.

Biz sürücülərimizlə işin başlanmasını səbirsizliklə gözləyirik – istedadlı və perspektivli Niko Rosberq və yeddiqat dünya çempionu Mixael Şumaher. Mən, həmçinin, titul sponsorumuz Petronas şirkətini, həmsərmayədar Aabar/İPİC şirkətini, bütün tərəfdaşlarımızı və Ross Braun və Nik Fray başda olmaqla Brawn GP komandasının bütün əməkdaşlarını Mercedes ailəsində salamlamağa şadam. Biz hamımız bu çağırışa bütün gücümüzlə, stabilliklə və sözsüz motivasiya ilə cavab verəcəyik.”

Keçən mövsüm başa çatdıqdan sonra Brawn GP komandası dünya çempionunu itirib, Censon Batton McLaren-ə keçib, amma komanda mümkün olmayan iş görüb və Mixael Şumaheri yarışlara qaytarıb və bu xəbər azarkeşlərin və mətbuatın böyük diqqətinə səbəb olub. Ross Braun maşın qurmağı bacarır, Mixael isə onlarla qalib gəlməyi bacarır və 2010-cu ildə əfsanəvi cütlük yenə də birgə işləyəcək…

merc5
Mixael Şumaher: “Faktiki olaraq bu gün 2010-cu ilin çempionatı start alır və mən bütün diqqətimi yeni çağırışa yönəltmişəm. Mənim üçün bu mövsüm təkrar starta bənzəyir, mən yenidən mübarizəyə köklənmişəm. Mercedes GP Petronas – çempion komandasıdır və mən Valensiyada yeni maşının sükanı arxasına oturmağa tələsirəm.

Mən əminəm ki, yeni komanda qələbələr uğrunda mübarizə apara biləcək və sözsüz ki, mən bunun üçün bütün gücümü sərf edəcəm. Mercedes-Benz-in tərkibində işimi bir növ dövrənin qapanması kimi başa düşürəm: karyeramın əvvəlində də mənim şlemimdə üçşüalı ulduz var idi.”

Williams komandasında keçirdiyi dörd il ərzində Niko Rosberq bir qələbə belə qazana bilməyib. Mercedes GP Petronas komandası ilə müqavilə bağlamaqla 24 yaşlı alman sürücü vəziyyəti dəyişməyə ümid edir…

Niko Rosberq: “Burda, Mercedes-in muzeyində bu markanın yarış traslarındakı keçmiş uğurlarını hiss etmək mümkündür. Mən fəxr edirəm ki, mən “gümüşü oxlar”ın bir hissəsiyəm.

Noyabrda komanda ilə müqavilə bağlayandan sonra mən Brəklidəki bazada, Briksuortda Mercedes-Benz High Performance Engines zavodunda və burda oldum, əməkdaşlarla ünsiyyət qurdum və tanış oldum. Mən gördüm ki, komanda yeni maşın üzərində gərgin işləyir və səbirsizliklə yeni maşını trasa çıxarmağı gözləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*