Mercedes GP Bəhreynə diffuzorun yeni variantını gətirəcək

Mercedes GP komandasının başçısı Ross Braunun sözlərinə görə, MGP W01 maşınına qoyulacaq diffuzorun son variantını komanda yalnız Bəhreynə gətirəcək, hərçənd, […]

Mercedes GP komandasının başçısı Ross Braunun sözlərinə görə, MGP W01 maşınına qoyulacaq diffuzorun son variantını komanda yalnız Bəhreynə gətirəcək, hərçənd, Barselonada komanda bir çox aerodonamik yenilikləri yoxlayacaq. İtaliyanın Gazzetta dello Sport qəzetinin jurnalistinə isə Braun qəti bildirib ki, “yeni diffuzor mövsüün ilk yarışında qoyulacaq.”

Braun etiraf edib ki, bu il mövsümöncəsi testlərdə onun komandası keçən il olduğu kimi güclü təəssürat yaradan bilməyib, amma qabaq təkərlərin optimal işçi temperaturlara qədər qızdırılması problemi onu çox narahat etmir: “Biz bilirdik ki, bizim keçən il olduğu kimi böyük üstünlüyümüz olmayacaq. Bizə hələ deyə bilmərik ki, bu maşın yarışlarda qələbə qazana biləcəkmi, amma dəqiq bilirik ki, maşın pis alınmayıb. Bizim kişik problemlərimiz var idi, amma hətta Xeresdə pis hava şəraitinə baxmayaraq, biz müəyyən nailiyyətlər qazanmışıq və artıq şassi ilə təkərlərin davranışını indi daha yaxşı başa düşürük.”

Braun həm də qeyd edib ki, Mixael Şumaher komandanın mövsümə hazırlığına da öz tövhəsini verib, hərçənd, sürücünün özünün komandaya adaptasiyası davam edir…

Ross Braun: “Mixael bizə çox kömək edir. Onun rəyini bildikdən sonra mən həmişə bizim nəyə nail olduğumuzu daha dəqiq başa düşürdüm. İndi komandada iki yeni sürücü var, amma onlardan biri sözün əsil mənasında yeni deyil: o hər şeyə düzgün qiymət verir, nə istədiyini blir və maşını çox incə hiss edir.

Amma o üç Formula1-dəm kənarq almışdı, maşınlar isə bu vaxt ərzində çox dəyişiblər. O hələ başa düşməlidir ki, onun yeni komandası necə işləyir, Rosberqlə yaxından tanış olmalıdır. Amma o əvvəlki kimi təşəbbüslə doludur, çox qəti köklənib və bütün diqqətini işinə yönəldib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*