24 Sentyabr 2017, Bazar - 08:53

Mercedes Formula1-dən getməyi planlaşdırmır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:56 - 30 Aprel, 2009

Bu gün məlum olub ki, 2009-cu ilin birinci rübündə Almaniyanın Daimler AG konserni 1.7 milyard dollar zərərlə işləyib. Müqayisə üçün […]

Bu gün məlum olub ki, 2009-cu ilin birinci rübündə Almaniyanın Daimler AG konserni 1.7 milyard dollar zərərlə işləyib. Müqayisə üçün deyək ki, keçən ilin anoloji dövründə konsernin gəliri 1.74 milyard dollar olmuşdu. Amma belə ciddi iqtisadi çətinliklərə baxmayaraq, Daimler AG-yə daxil olan Mercedes şirkəti Formula1-dən getməyi planlaşdırmır.

Konsernin maliyyə direktoru Bodo Uebber bu gün Ştutqartda bildirib: “Biz hər il Formula1-də iştirakımızın yekunlarını qiymətləndiririk. Amma əgər biz lap günü bu gün Formula1-i tərk etsək 1 sent belə qənaət etməyəcəyik, çünki bütün müqavilələrimiz uzunmüddətlidir.”

Uebber həm qeyd edib ki, şirkətdə “müqəddəs inək” anlayışı yoxdur, yəni şirkət gələcəkdə Formula1-ə münasibətini dəyişə bilər, xüsusən də McLaren komandasına. Xatırladaq ki, komandanın səhmlərinin 40%-i Mercedes məxsusdur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 73
Teqlər
Paylaş

logo