22 Noyabr 2017, Çərşənbə - 20:43

Mercedes Formula One Team – W05 (video)

Mercedes Formula One Team – W05 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:57 - 09 Yanvar, 2014

Xeresin ilk səhəri komandalar üçün gərgin alınıb. Komandalar testlərin ilk gününə hazırlaşıblar, amma testlərdən öncə dörd komandanı təqdimat mərasimi gözləyib. […]

Xeresin ilk səhəri komandalar üçün gərgin alınıb. Komandalar testlərin ilk gününə hazırlaşıblar, amma testlərdən öncə dörd komandanı təqdimat mərasimi gözləyib. Növbədə birinci Mercedes komandası olub – yerli vaxtla ssat 08:10-da Lyuis Həmilton və Niko Rosberq yeni W05-in üzərindən pərdəni çəkiblər.

Mərasim qısa və sakit alınıb – giriş sözündən və fotosessiyadan sonra komanda işinə qayıdıb: bu gün yeni maşın trasda debüt edəcək, axşam isə jurnalistləri komandanın mətbuat xidməti bir araya toplayacaq..

Digər komandaların təqdim etdikləri “eybəcər burunlar”dan sonra hamını Mercedes mühəndislərinin qərarı maraqlandırırdı – maşın doğrudan da gözəl alınıb, amma komandanın nümayəndələri gözəllikdən deyil, sürətdən danışıblar – bu il komanda qarşısına iddialı məqsədlər qoyub…

w05-2
Toto Volff, Mercedes Motorsport-un başçısı: “Yeni maşının üzərindən pərdəni çəkmək həmişə maraqlıdır, xüsusən də belə bir vacib mövsümün əvvəlində. Yeni maşın mühəndislər komandasının qarşılıqlı kompleks işlərinin nəticəsidir. Mən həm Brəklidə, həm də Briksuortda işləyən hər bir əməkdaşımıza, əsas tərəfdaşımız olan Petronas-a minnətdarlıq edirəm. Biz bir neçə gərgin mövsümün bəhrəsini görürürk, amma biz bilirik ki, tariximizdə yeni era başlayır.

Qarşıda mövsümöncəsi testlərin zəngin proqramı və uzun mövsüm gəlir, bu il etibarlılıq və yaxşı sürət vacib olacaq. Lyuis Həmilton və Niko Rosberq qələbə aclığı yaşayırlar və mən əminəm ki, bu aclıq bizim komandanın daha bir güclü tərəfidir. Mövsümün əvvəlində əhvalımız çox nikbindir, biz komandadan hər bir yarışda uğur gözləyirik – Mühəndislər Kubokundakı keçənilki nəticəmizi yaxşılaşdırmağa ümid edirik.”

w05-3
Pəddi Lou, icraçı texniki direktor: “İşin texniki və yarış tərəfindən danışsaq, onda Formula1 üçün ən maraqlı günlər başlayır. Bizim bu il tətbiq edəcəyimiz texnologiyalar həm avtoidman üçün, həm də avtomobil dünyası üçün yeni olacaq. Əsas motiv effektliyin artırılmasıdır və yarışlarda bizim hibrid sistemlərlə yanaşı yalnız 100 kq yanacaqdan istifadə etməyimiz Formula1-in texnoloji imkanlarından xəbər verir.

Komanda gördüyü işlə fəxr edir, amma bizim heç birimiz llüziyalarla yaşamır: mövsümün ilk yarışına 6 həftə qalır və hələ görüləsi çox işimiz var.”

w05-4
Keçən həftə komanda yeni maşını Silverstounda test edib, sükan arxasında Niko Rosberq işləmişdi, bu gün isə rəsmi test proqramına Lyuis Həmilton start verəcək…

Lyuis Həmilton: “Yeni maşının hazırlanması və keçən həftə Silverstounda test proseslərini izləmək maraqlı idi. Maşın əla görünür, çox aqresivdir, daxilində isə maraqlı qərarlar yer alıb. Mən həyəcanla yeni güc qurğusunu hiss etmək, kokpitdən onun səsini eşitmək imkanını gözləyirəm. Düşünürəm ki, bizi karyeramın nə çətin mövsümü gözləyir.

Qarşıda məni komandada ikinci mövsüm gözləyir, mən artıq özümü komandanın tamhüquqlu üzvü hesab edirəm, keçən il biz əla qarşılıqlı münasibətlər qurduq, amma indi bizim hamımız yenidən çox şey öyrənməliyik. Yeni maşın yeni texnologiyalarla zənginləşib, biz daha çox məlumat toplamalyıq.

Mən öz maşınımda yenidən 44 nömrəsini görməyə də şadam – mən hələ kartinq çaışıxlarımda bu nömrəni seçmişdim, çünki atamın minik maşınında da bu nömrə idi. Həmin mövsümdə mən Britaniya çempionu oldum, ümid edirəm ki, Formula1-də də belə olacaq.”

w05-5
Niko Rosberq: “Keçən həftə Silverstounda mən yeni maşını test etdim, indi isə tam testləri səbirsizliklə gözləyirəm. Yeni texnologiyaların tətbiqi sayəsində bizi çətin mövsüm gözləyir, amma bununla da bizim idman daha müasir olaacq. Yanacaqdan qənaətcil istifadə, hibrid texnologiyaların ttəbiqi – düzgün istiqamətdə atılan addımlardır, bunlar yarışları daha gzlənilməz və maraqlı edəcəklər.

Bu il mən yeni dəbilqə dizaynı hazırlamışam və 6 nömrə altında çıxış edəcək. Qışda atam mənə məktub yazaraq bildirmişdi ki, məhz bu nömrə ilə dünya çempionu olmuşdu, amma bu məktub məni əmin etmədi. Sonra mənim sevgilim dedi ki, 6 rəqəmi onun üçün də düşərlidir – daha sonra xatırladım ki, 2002-ci ildə məhz bu nömrə ilə BMW Formulası-nda titul qazanmışdım. İndi isə ümid edirəm ki, bu nömrə Formula1-də də mənə kömək edəcək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 349
Teqlər , , , , , , , , ,
Paylaş

logo