Mercedes Fettellə maraqlanır

Almaniyanın Bild qəzetinə müsahibəsində Mercedes Motorsport-un vitse prezidenti Norbert Hauq Sebastyan Fettellə maraqlandıqlarını təsdiq edib. Alman sürücü gənc və sürətlidir, […]

Almaniyanın Bild qəzetinə müsahibəsində Mercedes Motorsport-un vitse prezidenti Norbert Hauq Sebastyan Fettellə maraqlandıqlarını təsdiq edib. Alman sürücü gənc və sürətlidir, artıq ikinci qələbəsini qazanıb və Almaniyada onun populyarlığı durmadan artır. Britaniyanın The Times qəzeti bu həftə Fetteli “ikinci Mixael Şumaher”, İtaliyanın Gazzetta dello Sport qəzeti “yağış adam” adlandırıb, Sebastyanla bütün top-komandalar maraqlanır…

Norbert Hauq: “Biz əlaqə saxlayırıq, amma gələn ilin sonuna kimi Fettelin Red Bull-la müqaviləsi var, sonrasına baxarıq – bəlkə nə vaxtsa o bizim maşının sükanı arxasında oturacaq.”

Heykki Kovlaynenin nəticələri yaxşı təsir bağışlamır, deilənlərə görə, onun namizədliyini Ron Dennis dəstəkləyirmiş, amma indi Ron komandadan gedib, Mercedes-in təsiri güclənir və alman sürücünün komandaya gəlmə ehtimalı çox yüksəkdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*