13 Dekabr 2017, Çərşənbə - 15:14

Mercedes Fettellə danışıqlar aparıbmış

Mercedes Fettellə danışıqlar aparıbmış

Müəllif: Rauf Hacıyev, redaktor

15:45 - 26 Avqust, 2017

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, onlar Fettellə danışıqlar aparıblar.

F-1.az xatırladır ki, Fettel 2015-ci ildə Ferrari komandasına transfer olunmuşdu və müqaviləsi bu mövsümün sonunda bitəcəkdi. Lakin almaniyalı sürücü “qırmızılar”la yenidən üçillik müqavilə bağlayıb.

Niki Lauda: “Fettelin Ferrari ilə müqavilə yeniləməsi mənim üçün təzə xəbər deyil. Ən məntiqli qərar budur. Ferrari yarışlar qazandığı halda niyə oradan ayrılsın? Ferrari-nin sürətli bolidi var və uğur qazanmaq üçün hər şeyə sahibdirlər. Sebastyanla Mercedes-ə keçməsi üçün danışıqlar apardıq, amma Ferrari-dən ayrılması üçün çox az səbəb var idi. Nəticədə danışıqlar bir neçə ay əvvəl bitdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 345
Teqlər , , ,
Paylaş

logo