23 Oktyabr 2017, Bazar ertəsi - 02:29

Mercedes DTM-dən ayrılır

Mercedes DTM-dən ayrılır

Müəllif: Elçin Zodorov, redaktor

10:17 - 25 İyul, 2017

Mercedes-Benz Formula E-də hələ keçən ildən özünə yer saxlamışdı. Bu gün isə onların yeni seriyadakı debütü bir il – çempionatın 2019-2020-ci illərdə baş tutacaq 6-cı mövsümünə təxirə salınıb.

F-1.az xəbər verir ki, komanda yeni qərar qəbul edib – onlar gələn il DTM-dən ayrılacaqlar, 2019-cu ildə isə Formula E-də debüt edəcəklər.

Toto Volff: “Digər sahələrdə olduğu kimi, avtoidmanın hər növündə də uğurlar əldə etmək istəyirik. Eyni vaxtda Formula1 və Formula E-də çıxış edərək bizə lazım olan balansı yaradacağıq. Formula E – yarışlarda yeni istiqamətdir, müasir və perspektivli texnologiyaların birləşməsidir. Yol maşınlarında elektriklə işləyən maşınlara keçid tədricən davam edir. Formula E də istehsalçılara yeni auditoriyaya öz texnologiyalarını təqdim etməyə imkan verir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 949
Teqlər , ,
Paylaş

logo