Mercedes də Ferrari ilə eyni günü seçib

Son 4 mövsümün Dünya Çempionu Mercedes komandası 2018-ci il bolidinin təqdimat tarixini açıqlayıb.

F-1.az xatırladır ki, almanlar keçən il Ferrari ilə mübarizə aparmış və mövsümün ikinci hissəsində qazandıqları qələbələrlə ardıcıl 4-cü dəfə Dünya Çempionu olmuşdular.

“Gümüşü oxlar” yeni bolidlərini fevralın 22-də təqdim edəcəklər. Xatırladaq ki, Ferrari də həmin gün yeni bolidini nümayiş etdirəcək. Yeni Wo9 Silverstounda təqdim olunacaq və dərhal da trasa çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*