Mercedes-Benz avtomobillərinin test drayvı (video)

Mercedes-Benz-in ölkəmizdə rəsmi dileri - Abşeron Avtomobil Mərkəzi jurnalistlər üçün yeni avtomobillərinin test drayvını keçirib. 

Xatırladırıq ki, 2016-cı ilin sonunda ölkənin KİV nümayəndələri üçün Mercedes-Benz-in yeni rəsmi diler mərkəzi – Abşeron Avtomobil Mərkəzi tərəfindən təşkil edilmiş Mercedes-Benz avtomobilləri xəttinin test drayvı keçirilmişdi. Dünən isə F-1.az və AutoGraph.az saytlarının jurnalistləri üçün fərdi test drayv baş tutub.

Ümumi sahəsi 3000 kv. m-dən artıq olan, Mercedes-Benz brendinin korporativ standartlarına uyğun qurulmuş diler mərkəzi avtomobillərin satışı, zəmanətli və post-zəmanətli xidmətləri üzrə geniş xidmətlər kompleksi təqdim edir. Bu gün üçün servis zonası 1000 kv. m təşkil edir. Servis zonasına 5 post daxildir, lakin onların sayı arta da bilər.

Bura gələnlərin rahatlığı üçün salonda markanın bütün model sırası təqdim edilmiş, servis mərkəzi isə geniş işlər kompleksini yerinə yetirməyə imkan verən müasir avadanlıqlarla təchiz olunub.

Mərkəzin əməkdaşları Mercedes-Benz modelləri və kreditləşmə proqramları üzrə peşəkar məsləhətlər verməyə, personal test drayv təşkil etməyə və avtomobilin optimal komplektasiyasının seçimində kömək etməyə hazır olan yüksək ixtisaslı mütəxəssislərdir.

Abşeron Avtomobil Mərkəzi avtosalonu Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir.

Avtosalonun telefon nömrəsi: +994 12 3477800
Sayt: www.baku.mercedes-benz.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*