18 Noyabr 2017, Şənbə - 01:12

Mercedes AMG yeni bolidini sıfırdan hazırlayıb

Mercedes AMG yeni bolidini sıfırdan hazırlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

15:38 - 12 Fevral, 2016

İtaliyanın La Gazzetta Dello Sport qəzeti xəbər verib ki, Mercedes AMG komandası builki bolidini təkmilləşdirmək üçün çox işləyib…

F-1.az xəbər verir ki, Formula1 ekspertləri 2016-cı ildə Ferrari ilə Mercedes AMG komandaları arasında gərgin mübarizə gözləyirlər. Amma La Gazzetta Dello Sport bildirib ki, Mercedes AMG komandasının mühəndisləri qış fasiləsində çox işləyiblər.

Xəbərdə deyilir ki, almanlar yeni asılqan, daha yüksək burun, incə arxa hissə və kiçik radiatorlar hazırlayıblar: “Mühərrik də daxil olmaqla bolid başdan-ayağa yenidən hazırlanıb. Boliddə olan bütün detallar sıfırdan yığılıb”.

Qeyd edək ki, Toro Rosso komandasının rəhbəri Frants Tost bildirmişdi ki, Mercedes AMG bu il də çox güclü və əlçatmaz olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 324
Teqlər , , ,
Paylaş

logo