Mercedes AMG və Petronas azarkeşlər üçün böyük proqram hazırlayıblar

Mercedes AMG komandasının azarkeşlərini gələn həftə böyük əyləncəli proqram gözləyir – komanda proqramı yerli neft şirkəti Petronas-la birlikdə hazırlayıb. Hər […]

Mercedes AMG komandasının azarkeşlərini gələn həftə böyük əyləncəli proqram gözləyir – komanda proqramı yerli neft şirkəti Petronas-la birlikdə hazırlayıb.

Hər şey ondan başlayacaq ki, bazar günü Kuala Lumpurda nümayiş yürüşləri təşkil olunacaq, Lyuis Həmilton və Niko Rosberq toplaşanlara 2012-ci ilin W03 maşınının sükanı arxasında ustalıqlarını göstərəcəklər. Bu şouda ölkənin milli çempionatında iştirak edən sürücülər və Mercedes-Benz DTM komandasının zavod sürücüləri də çıxış edəcəklər.

Martın 26-da Lyuis və Niko ölkə paytaxtında Aquaria okeanariumuna baş çəkəcəklər, bundan sonra Concourse of Suria ticarət mərkəzində azarkeşlərlə görüş və avtoqraf-sessiya keçəcək.

Dünya pop ulduzlarının cümə günü axşam Plaza Petronas biznes mərkəzində çıxışı da proqram çərçivəsində baş tutacaq. Konsertdə Kristina Aqilera, Rik Əstli, Səm Douden, Kreyq Deyvid və başqaları çıxış edəcəklər.

, , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*