Mercedes AMG Tribunalın qərarından razı qalıb

FİA-nın Beynəlxalq Tribunalı öz qərarını elan etdikdən sonra Mercedes AMG komandasının mətbuat xidməti bəyanat yayaraq bildirib ki, komanda bu qərarı […]

FİA-nın Beynəlxalq Tribunalı öz qərarını elan etdikdən sonra Mercedes AMG komandasının mətbuat xidməti bəyanat yayaraq bildirib ki, komanda bu qərarı qəbul edir…

Bəyanatda deyilir: “Mercedes AMG bu gün FİA-nın Beynəlxalq Tribunalının yaydığı qərarı qəbul edir. Qərar təsdiq edir ki, Pirelli şirkəti ilə birgə testlərdə komanda vicdanla çalışıb, komandanın heç bir vaxt ədalətsiz idman üstünlüyü qazanmaq niyyəti olmayıb və ən əsası odur ki, testlər federasiyanın razılığı ilə baş tutub.

Mercedes AMG komandası hesab edir ki, xəbərdarlıq və qarşıdakı gənc sürücülərin testlərindən kənarlaşdırma vəziyyətə uyğun qərardır.

Mercedes AMG bir daha təsdiq edir ki, məhkəmədə dinləmə prosesi düzgün keçdi, eyni zamanda FİA-nın müstəqil qurumda bu məsələnin araşdırılması təşəbbüsünü bir daha alqışlayırıq.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*