Mercedes AMG sürücülərinin münasibəti yaxşı deyil…

Məlum olduğu kimi, uşaqlıqdan müxtəlif yarış seriyalarında bir-biriləri ilə mübarizə aparan bu ikilinin münasibəti son dövrlərdə olduqca soyuqdur.

F-1.az xəbər verir ki, bu soyuqluq bu gün səhər Barselonada testlərdən əvvəl keçirilən yeni bolidin təqdimatı zamanı da özünü biruzə verib. Bolidin üzərindəki örtüyü qaldıran sürücülər bir-biri ilə heç danışmayıblar. Media nümayəndələrinə gülümsəyərək poza verdikdən sonra yenə də heç bir ünsiyyət qurmadan qaraja gediblər.

Xatırladaq ki, Həmilton son 2 ildə titulun sahibi olub. Keçən mövsümün sonunda Rosberq çıxışı ilə rəqibini üstələyirdi. Bu mübarizə bu il necə davam edəcək – bunu 1 aydan sonra 8-9 ay boyunca görəcəyik…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*