Mercedes AMG sürücüləri cümə günündən razı qalıblar

Lyuis Həmilton sərbəst yürüşlərin ikinci sessiyasından sonra cümə gününün komanda üçün problemsiz keçdiyini bildirib. Niko Rosberq isə həm maşından, həm də trasdakı yeniliklərdən razı qalıb...

F-1.az xatırladır ki, nahardan əvvəl Nikodan geri qalan Lyuis nahardan sonra cümə gününün ən sürətli dövrəsini vurub.

Lyuis Həmilton: “Yaxşı gün idi. Heç bir problem olmadı və hər iki seansı planlaşdırdığımız kimi keçirdik. Axşam təhlil etməli olduğumuz çox şey var. Bununla da, təkərlər və rəqiblərimizlə müqayisədə harada olduğumuzu daha yaxşı başa düşə bilərik. Ümumi götürdükdə, bütün həftəsonu üçün yaxşı hazırlaşmışıq. Bu gün azarkeşlər də möhtəşəm idilər. Məni dəstəkləyən insanları gördüm və onları görmək çox xoşdur”.

Niko Rosberq: “Yenilənmiş trasda sürmək çox əyləncəlidir. Yeniliklərə görə düzgün sazlanmaları tapmaq çətindir, lakin biz doğru yoldayıq. Sonuncu döngə çox maraqlı alınıb. Orada rəqiblərimizi ötüb keçmək üçün müxtəlif trayektoriyalardan istifadə edə bilərik.

Yarış barədə danışası olsaq, belə görünür ki, hətta Soft təkərlərlə də uzun məsafə qət etmək mümkün olacaq. Buna görə də, böyük sürprizlər gözləmirik. Bu gün strategiyaya görə Hard təkərləri yoxlamağa məcbur idik. Bundan başqa hər şey normal idi. Sıralanma turu üçün səbirsizlənirəm…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*