19 Noyabr 2018, Bazar ertəsi - 15:31

Mercedes AMG pilotlarına yarışmaq imkanı verəcək

Mercedes AMG pilotlarına yarışmaq imkanı verəcək

Müəllif: Rauf Hacıyev, redaktor

11:43 - 12 Mart, 2016

Mercedes AMG komandası bildirib ki, onlar yeni mövsümdə Niko Rosberq və Lyuis Həmiltona bərabər yarışmaq statusu verəcək…

F-1.az xəbər verir ki, Mercedes AMG komandası sürücülərinə taktika cəhətdən sərbəstlik verəcək. Bu barədə Mercedes Motorsport-un rəhbəri Toto Volff deyib: “Keçən ilə nisbətən bu il onları sərbəst buraxacayıq.

2013-cü ildə bu layihəyə yeni başlamışdıq. Uğurlu nəticələr qazanmaq lazım idi, ona görə də biz onlara istədikləri sərbəstliyi verə bilmirdik, amma artıq uğur qazanmışıq.

Biz 2014-cü ildə çempion olduq və 2015-ci ildə də sübut etdik ki, bu heç də təsadüfi olmayıb. Ancaq biz bunu müəyyən qaydalar çərçivəsində etdik. Bu bəzən işə yaradı, bəzən də işə yaramadı.

Biz bir komanda olaraq təkmilləşdik. Niko və Lyuis ilə bir neçə il keçirtdik və bunlar hamısı yaddaqalan illər oldu.

Onlar üçün və Formula1 üçün onların yarışmasına icazə verməliyik. Bu bəzən komanda üçün çətin olacaq, amma bu çox vacibdir”.

Mercedes AMG-nin bu addımı Ferrari komandasının işinə yaraya bilər. Toto Volff bu barədə də açıqlama verib: “Mən elə düşünmürəm. Biz komanda daxilindəki qaydaları azaldacayıq, çünki artıq hamı bir-birini tanıyır.

Komanda üzvləri bir-birinə hörmət edir. İnanıram ki, hər şey keçənilki kimi olacaq.

Qaydalar bizə kömək edəcək, çünki bolidlə bağlı mühəndislik məlumatları artıq daha az verilir. Biz sürücülərə strategiya və ya təkər istifadəsi ilə bağlı daha az məlumat verə biləcəyik. Ona görə də artıq hər şey pilotun özündən aslıdır.

Bu idman üçün çox yaxşıdır. Artıq pilotların üstünə daha çox yük düşəcək. Bizim vəzifəmiz qaydaların inkişaf etməsinə kömək etməkdir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 298
Teqlər , , , , ,
Paylaş

logo