15 Oktyabr 2018, Bazar ertəsi - 14:39

Mercedes AMG-nin yeni şassisi üzərində iş qurtarmaq üzrədir

Mercedes AMG-nin yeni şassisi üzərində iş qurtarmaq üzrədir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:18 - 01 Yanvar, 2013

Mercedes AMG komandasının 2013-cü il mövsümü üçün hazırladığı yeni W04 şassisi üzərində işlər artıq qurtarmaq üzrədir – komanda hətta milad […]

Mercedes AMG komandasının 2013-cü il mövsümü üçün hazırladığı yeni W04 şassisi üzərində işlər artıq qurtarmaq üzrədir – komanda hətta milad tətilləri günlərində də bazanı tərk etməyib və gərgin iş davam edir.

Yeni maşın bəzi mexaniki və aerodinamiki dəyişikliklərə uğrayacaq və Almaniya mətbuatının bildirdiyinə görə, onun bəzi hissələri keçənilki Red Bull maşınını xatırladacaq. Brəklidə ultra müasir və daha kompakt ötürmələr qutusu hazırlanıb, qutu artıq stend üzərində yoxlamalardan keçib, W04 şassisi isə FİA-nın məcburi qəza yoxlamalarını (krəş-test) uğurla başa vurub.

Arxa asılqanlar elə qurulub ki, sazlanmaları cəld dəyişmək mümkündür – yeni Pirelli təkərlərinə daha tez adaptasiya olmaq üçün komanda belə bir gediş edib. Nəhayət, yan pantonlar da dəyişib – indi onlar Koand effektindən istifadə edən qazburaxma sisteminə tam adaptasiya olunub. Komandanın mühəndislərinin rəyinə görə, keçən il sistem məhz pantonların konstruksiyasına görə efektiv alınmamışdı…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 175
Teqlər , ,
Paylaş

logo