17 Dekabr 2017, Bazar - 12:03

Mercedes AMG Alonso ilə maraqlanır?

Mercedes AMG Alonso ilə maraqlanır?

Müəllif: Elçin Zodorov, redaktor

10:54 - 12 İyul, 2016

Niko Rosberq və Lyuis Həmilton arasında gərginlik davam edərkən, komandanın McLaren Honda-nın pilotu Fernando Alonso ilə razılığa gəldiyi iddia edilir.

F-1.az xəbər verir ki, son dövrlərdə iki sürücüsü arasında baş verənlər komanda daxilindəki əhvalı xeyli pozub. Rosberqin müqaviləsi mövsümün sonunda bitir və hazırda onun müqaviləsinin uzadılması üçün danışıqlar aparılır. Lakin Britaniya Qran Prisində komandanın rəsmi twitter bloqunda edilən paylaşım Alonsonun komandaya gələ biləcəyi ilə bağlı şayiələrin çıxmasına səbəb olub. Alonso Felipe Massanı ötmək istəyərkən idarəetməni itirmiş, ardıcıl yerində fırlanmalara baxmayaraq, maşını heç bir zədəsiz trasa qaytara bilmişdi. Onun bu hərəkəti Mercedes AMG komandasının twitter hesabında təriflənmişdi.

İspaniya mətbuatında çıxan xəbərlərə görə, Toto Volff Niko Rosberqə sonuncu xəbərdarlığını edib. Əgər daha bir problem baş verərsə, Rosberq komandadan göndəriləcək, yerinə isə Alonso gətiriləcək.

Bir neçə ay əvvəl Toto Volffun dediklərini xatırlayaq: “Alonso tarixin ən yaxşı sürücülərindən biridir. Lakin biz ilk növbədə Niko ilə müqaviləni uzatmağa çalışırıq. Əgər bu alınmasa, onda Fernando kimi başqa seçimlərə baxacayıq. Fernandonun yaşı problem deyil. O, hələ də çox motivasiyalıdır”.

Onun bu sözlərindən sonra Rosberqin əleyhinə olan çox hadisə baş verib…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 632
Teqlər , , ,
Paylaş

logo