Melburnda B.Ekklstounun gəlməməsindən narahat deyillər

Yarış uik-endi ərəfəsində jurnalistlərlə görüşü zamanı Qran Prinin icraçı direktoru Əndryu Uestakott bildirib ki, mövsümün ilk yarışına Berni Ekklstounun gəlməməsi […]

Yarış uik-endi ərəfəsində jurnalistlərlə görüşü zamanı Qran Prinin icraçı direktoru Əndryu Uestakott bildirib ki, mövsümün ilk yarışına Berni Ekklstounun gəlməməsi onu heç narahat etmir, avtodromla müqavilənin uzadılması üzrə danışıqlar gələn il baş tutacaq…

Əndryu Uestakott: “Berni Ekklstoun 19 və ya 20 Qran Pridən ibarət olan biznesə başçılıq edir, amma tam əmindir ki, qarşıdakı Qran Pri Formula1-in yüksək standartlarına tam cavab verəcək.

Müqavilənin uzadılması üzrə danışıqlar onsuz da gələn ilin əvvəllərinə planlaşdırılmışdı, ona görə də Berninin burda olmaması heç nəyə təsir eləmir. Cari müqavilə 2015-ci ildə başa çatır – tələsməyə ehtiyac yoxdur, qarşıdakı uik-endə əsas vəzifəmiz Qran Prini fəxr olunacaq səviyyədə keçirməkdir.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*