20 Oktyabr 2017, Cümə - 09:11

Meksika trası zəlzələdən zərər çəkməyib

Meksika trası zəlzələdən zərər çəkməyib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:19 - 21 Sentyabr, 2017

Rodriges qardaşları adına avtodromun sahibləri zəlzələnin nəticələri barədə rəsmi məlumat dərc ediblər.

F-1.az xatırladır ki, ölkənin ərazisində Rixter şkalası üzrə 7.1 bal gücündə baş verən zəlzələ nəticəsində dağıntılar və insan tələfatı var. Oktyabrın 29-da trasda baş tutacaq yarış ərəfəsində yarışın promouterləri qorxmağa heç bir əsasın olmadığını bildiriblər…

Məlumatda deyilir: “Belə güclü zəlzələdən sonra sertifikatlı mütəxəssislər trası və avtodromun binalarını təftiş ediblər.

Trasın, stasionar tribunaların, pit binasının, media mərkəzin və tibbi mərkəzin heç bir struktur zədələnməsi müəyyən edilməyib. Avtodrom Qran Prini qəbul etməyə tam hazırdır”.

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 339
Teqlər ,
Paylaş

logo