16 Noyabr 2018, Cümə - 07:23

Meksika-2018: Sıralanma turu

Meksika-2018: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

23:07 - 27 Oktyabr, 2018

Dəniz səviyyəsindən 2285 metr yüksəklikdə yerləşən Rodriges qardaşları adına tras bu göstəriciyə görə təqvimdəki traslar arasında rekordçudur. Bu yüksəklik yenə də peletonun qüvvələr nisbətlərinə öz təsirini göstərib. Maşınlar asfaltayatma qüvvəsinin maksumum səviyyəsinə sazlansalar da, faktiki olaraq asfaltayatma qüvvəsi Montsadakından da az alınır. Maşınlar sürüşür, təkərlərlə işləmək çətin olur və tez yeyilirlər. Həddən artıq qızdıqları üçün motorların gücünü də məhdudlaşdırmaq lazım gəlir.

F-1.az xatırladır ki, sərbəst yürüşlərdə Renault motorlu maşınlar ön plana çıxmışdılar. Həm cümə günü hər iki sessiyada, həm də bu gün səhər Maks Ferstappen protokollara başçılıq etmişdi.

Qasli yeni güc qurğusuna və ötürmələr qutusuna keçdiyi üçün yarışa son sıradan başlayacağı məlum olub. Üçüncü sessiyada problemlə üzləşən Bottasın maşınında da güc qurğusu dəyişdirilib. Lakin finlandiyalı sürücü daha əvvəl istifadə etdiyi motora keçdiyi üçün cəza almayıb.

Pirelli Meksikaya ən yumşaq üçlüyü – SuperSoft, UltraSoft və HyperSoft tərkibləri gətirib. HyperSoft burada maksimum bir dövrə səmərəli işlədiyindən, sürücülərin ondan yarışda olduqca az istifadə edəcəkləri gözlənilir.

Startdan əvvəl göy üzünü buludlar örtüb. Yağış vəd edilsə də, sıralanma turu quru havada baş tutub.

İlk sessiyada Mercedes sürücüləri UltraSoft, digərləri isə HyperSoft təkərlərlə trasa çıxıblar. Alonso qadağan olunan yerdə trasdan çıxaraq üstünlük əldə etdiyi üçün nəticəsi ləğv edilib.

İlk cəhddə Ferstappen hamıdan sürətli olub, lakin Mercedes sürücüləri də HyperSoft təkərlərə keçdikdən sonra Bottas protokollara başçılıq edib – 1:15.580. Williams və Haas sürücüləri ilə yanaşı, Vandorn da mübarizəni dayandırıb.

İkinci sessiyada əsas üç komandanın sürücüləri UltraSoft, Racing Point sürücüləri SuperSoft, digərləri isə HyperSoft təkərlərlə boksları tərk ediblər. Ferstappen Həmiltonu 0.004 saniyə fərqlə üstələyib. İkinci cəhdlərə Racing Point sürücüləri UltraSoft, yerdə qalan bütün sürücülər HyperSoft-la çıxıblar, lakin əksər sürücülər ilk cəhdlərində daha sərt təkərlərlə göstərdikləri nəticələrini yaxşılaşdıra bilməyiblər.

Son sessiyada gözlənildiyi kimi, hamı SyperSoft təkərlərlə mübarizəyə qoşulub. İlk cəhddə Ferstappen yenə sürətli olub – 1:14.785. İlk altılıqda nəticələr çox sıx olub. Lakin ikinci cəhdində Rikkardo komanda yoldaşını 0.026 saniyə fərqlə üstələyib və onun tarixdə ən gənc poul qazanmış sürücü olmasına imkan verməyib.

Daniel Rikkardo cari mövsümdə ikinci, karyerasında üçüncü poulunu əldə edib. Red Bull komandası 2013-cü ildə baş tutan ABŞ Qran Prisindən sonra ilk dəfə yarışa ilk cərgədən başlayacaq. İkinci cərgə Həmilton və Fettelin, üçüncü cərgə isə Bottas və Rəykkönenindir. Sabah bizi mövsümün ən maraqlı yarışlarından biri gözləyir…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
13Daniel RikkardoRed Bull41:15.866341:15.84561:14.7597
233Maks FerstappenRed Bull31:15.756311:15.64061:14.7857
344Lyuis HəmiltonMercedes21:15.673821:15.64461:14.8947
45Sebastyan FettelFerrari51:16.089431:15.71561:14.9706
577Valtteri BottasMercedes11:15.580851:15.92381:15.1606
67Kimi RəykkönenFerrari81:16.446761:15.99671:15.3306
727Niko HülkenberqRenault91:16.498671:16.12661:15.8276
855Karlos SaynsRenault121:16.813681:16.18861:16.0846
916Şarl LeklerSauber151:16.862891:16.32061:16.1896
109Markus ErikssonSauber111:16.7018101:16.63361:16.5136
1131Esteban OkonRacing Point71:16.2528111:16.8448
1214Fernando AlonsoMcLaren141:16.8576121:16.8716
1311Serxio PeresRacing Point61:16.2428131:17.1678
1428Brendon HartliToro Rosso101:16.6826141:17.1846
1510Pyer QasliToro Rosso131:16.8289152
168Roman QrojanHaas161:16.9119
172Stoffle VandornMcLaren171:16.9666
1820Kevin MaqnussenHaas181:17.5999
1918Ləns StrollWilliams191:17.6895
2035Sergey SirotkinWilliams201:17.8866

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 263
Teqlər , , , , ,
Paylaş

logo