22 Noyabr 2017, Çərşənbə - 20:45

Meksika-2017: Yarış

Meksika-2017: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

00:57 - 30 Oktyabr, 2017

Həmilton Meksikaya çempionatdakı əsas rəqibi Fettel üzərində 66 xallıq üstünlüklə gəlib. Trasın xüsusiyyətləri dəyişməz olaraq qalıb – dəniz səviyyəsindən xeyli yüksəksə yerləşməsi aerodinamikanın səmərəliliyini azaldıb. Yüksək asfaltayatma qüvvəsinə baxmayaraq, maşınlar yenə də çox sürüşüb. Ardıcıl üçüncü ildə də tribunalar tamamilə dolu olub.

Meksikada son iki ildə sıralanma turunda və yarışda dominantlıq edən Mercedes sürücüləri bu dəfə bir qədər geridə qalıblar. Yalnız ilk məşq sessiyasında Bottas liderlik edib, digər iki sessiyada Red Bull sürücüləri sürətli olublar. Sıralanma turunda isə Fettel karyerasında 50-ci poulu qazanıb.

Seyrək havada turbin bərk qızır və güc qurğusunun sıradan çıxmasına yol açır. Meksikada xüsusilə Renault mühərriyindən istifadə edən sürücülər bu problemlə dəfələrlə üz-üzə qalıblar. Toro Rosso-da Qasli sıralanma turunda iştirak etməyib, eyni problemlə onun komanda yoldaşı Hartli sıralanma turunun ikinci sessiyasında qarşılaşıb.

Pirelli Mexikoya yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib. Təkərlərin aşınması az olduğundan yarışı tək pit-stopla başa vurmağın mümkünlüyü əvvəlcədən məlum idi. Alonso və Qrojan yarışa SuperSoft, digər sürücülər isə UltraSoft təkərlərlə başlayıblar.

Yarışın startında beş sürücü – Alonso, Vandorn, Qasli, Hartli və Rikkardo güc qurğusundakı dəyişikliklərə görə yer itiriblər. Yarışa Fettel və Ferstappen birinci, Mercedes sürücüləri ikinci, Rəykkönen və Okon isə üçüncü cərgədən start veriblər.

Startda Ferstappen Fetteli qabaqlayıb, Həmilton da onu üstələyərkən toqquşma baş verib. Nəticədə Həmilton arxa sağ təkəri deşildiyi üçün pit-stopa getməli olub və xeyli vaxt itirib. Fettel də pit yoluna üz tutub, onun maşınında təkərlər və ön qanad dəyişdirilib. 2-ci dövrədə ilk onluq: Ferstappen – Bottas – Okon – Hülkenberq – Peres – Massa – Rəykkönen – Stroll – Rikkardo – Maqnussen.

İkinci dövrədə Sayns, dördüncü dövrədə isə təkəri deşilmiş Massa pit-stop ediblər. Yeddinci dövrədə Rikkardo turbindəki problemə görə mübarizəni dayandırıb. Alonso Qrojanı ötməyə çalışarkən fransız sürücü trasdan çıxaraq üstünlük əldə edib. Buna görə də stüardlar tərəfindən 5 saniyəlik cəza alıb.

Fettel Qaslini, Massanı və Qrojanı qabaqlayaraq 13-cü yerə yüksəlib. 19-cu dövrədə Peres, 20-ci dövrədə Hülkenberq, 21-ci dövrədə isə Okon təkərlərini dəyişiblər. Fettel Hartli və Vandornu da keçərək 11-ci yerə yüksəlib. Yarışın 25-ci dövrəsində Hülkenberq maşını kənara çəkib – alman sürücü güc qurğusu probleminə görə yarışı başa vura bilməyib. Növbəti dövrədə nəhayət, Həmilton Saynsı keçə bilib. 31-ci dövrədə Peres tribunaların alqışları altında Maqnusseni qabaqlayıb, Fettel isə Alonsonu keçməyə nail olub.

İki dövrə sonra digər Renault motorundan istifadə edən sürücü – Hartli mübarizəni dayandırıb. Onun maşını alışıb və marşallar dərhal müdaxilə ediblər. Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Massa və Verlyayndan başqa bütün sürücülər təkərlərini dəyişiblər, restart dərhal elan olunub. 34-cü dövrədə ilk onluq: Ferstappen – Bottas – Rəykkönen – Okon – Stroll – Peres – Maqnussen – Fettel – Alonso – Massa.

36-cı dövrədə Həmilton Qrojanı keçərək 15-ci yerə yüksəlib. Daha sonra isə Verlyaynı keçib. Fettel isə Maqnusseni də arxada qoyub. Fettel 51-ci dövrədə Peresi də keçib, meksikalı sürücü dərhal pit yoluna yönəlib və UltraSoft təkərlərə keçib. İki dövrə sonra Həmilton Vandornu keçərək 11-ci olub.

Fettel Strollu mübarizədə məğlub edərək beşinci olub, bir qədər sonra isə Okonu da keçib. Həmilton Massanı üstələyərək xal zonasına yüksəlib. Eriksson da mübarizəni dayandıran sürücülərə qoşulub. 60-cı dövrədə ilk onluq: Ferstappen – Bottas – Rəykkönen – Fettel – Okon – Stroll – Peres – Maqnussen – Alonso – Həmilton.

Sayns 62-ci dövrədə mübarizəni dayandırıb. Həmilton əla müdafiə olunan Alonsonu 69-cu dövrədə keçərək, 9-cu yerə yüksəlib.

Maks Ferstappen mövsümdə ikinci, karyerasında üçüncü qələbəsini qazanıb. Bottas yarışı ikinci, Rəykkönen isə üçüncü yerdə başa vurub. Yalnız üç sürücü yarışı liderlə eyni dövrədə başa vura bilib.

Lyuis Həmilton dördüncü titulunu vaxtından əvvəl rəsmiləşdirib. O, çempionluq sayında Alen Prost və Sebastyan Fettelə çatıb. Mercedes isə Mühəndislər Kubokunu Ostində əldə etmişdi.

Çempionat iki həftə sonra İnterlaqosda davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
133Maks FerstappenRed Bull1:36:26.5521
277Valtteri BottasMercedes AMG+ 0:19.6781
37Kimi RəykkönenFerrari+ 0:53.1161
45Sebastyan FettelFerrari+ 1:10.0782
531Esteban OkonForce İndia+1 dövrə1
618Ləns StrollWilliams+1 dövrə1
711Serxio PeresForce İndia+1 dövrə2
820Kevin MaqnussenHaas+1 dövrə1
944Lyuis HəmiltonMercedes AMG+1 dövrə2
1014Fernando AlonsoMcLaren+1 dövrə1
1119Felipe MassaWilliams+1 dövrə1
122Stoffel VandornMcLaren+1 dövrə1
1310Pyer QasliToro Rosso+1 dövrə1
1494Paskal VerlyaynSauber+2 dövrə1
158Roman QrojanHaas+2 dövrə2

 

Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:18.785 (68-ci dövrə, 196.600 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Karlos SaynsRenault59sükan idarəetməsi
Markus ErikssonSauber55asılqan
Brendon HartliToro Rosso30güc qurğusu
Niko HülkenberqRenault24ERS
Daniel RikkardoRed Bull7MGU-H generatoru

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG Petronas F1 Team333
25Sebastyan FettelScuderia Ferrari277
377Valtteri BottasMercedes AMG Petronas F1 Team262
43Daniel RikkardoRed Bull Racing192
57Kimi RəykkönenScuderia Ferrari178
633Maks FerstappenRed Bull Racing148
711Serxio PeresSahara Force İndia F1 Team92
831Esteban OkonSahara Force İndia F1 Team83
955Karlos SaynsRenault Sport Formula 1 Team54
1018Ləns StrollWilliams Martini Racing40
1119Felipe MassaWilliams Martini Racing36
1227Niko HülkenberqRenault Sport Formula 1 Team34
138Roman QrojanHaas F1 Team28
1420Kevin MaqnussenHaas F1 Team19
152Stoffel VandornMcLaren Honda Formula 1 Team13
1614Fernando AlonsoMcLaren Honda Formula 1 Team11
1730Colion PalmerRenault Sport Formula 1 Team8
1894Paskal VerlyaynSauber F1 Team5
1926Daniil KvyatScuderia Toro Rosso5

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas F1 TeamMercedes595
2Scuderia FerrariFerrari455
3Red Bull RacingTAG Heuer340
4Sahara Force İndia F1 TeamMercedes175
5Williams Martini RacingMercedes76
6Scuderia Toro RossoRenault53
7Renault Sport Formula 1 TeamRenault48
8Haas F1 TeamFerrari47
9McLaren Honda Formula 1 TeamHonda24
10Sauber F1 TeamFerrari5

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 925
Teqlər , , , , , , , , , ,
Paylaş

logo