24 Oktyabr 2018, Çərşənbə - 09:19

Meksika-2017: Üçüncü stüard – Tom Kristensen

Meksika-2017: Üçüncü stüard – Tom Kristensen

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:08 - 26 Oktyabr, 2017

Hər il olduğu kimi, FİA bu dəfə də Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Mexikoda stüardlara kömək etmək üçün FİA danimarkalı sürücü, “Mister Le Man” ləqəbli Tom Kristenseni dəvət edib.

Tom əfsanəvi “Le Manın 24 saatı” marafonunun ən uğurlu sürücülərindən sayılır, çünki Porsche, Audi və Bentley-nin sükanları arxasında bu yarışın 9 dəfə qalibi olub ki, bunlardan 7 qələbəni ardıcıl qazanıb.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Kristensenlə birlikdə həftəsonunun mübahisəli insidentlərini Almaniyanın DMSB assosiasiyasının üzvü, DTM-in daimi stüardı Gerd Ennzer və keçmiş İndyCar sürücüsü, Braziliya Sürücülər Assosiasiyasının prezidenti Felipe Caffone araşdıracaqlar


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 523
Teqlər , , , ,
Paylaş

logo