Meksika-2017: Mətbuat konfranslarının cədvəli

Meksika Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb. Qeyd edək ki, ABŞ Qran Prisindən sonra FİA qismən ənənəvi formata qayıdıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Serxio Peres (Force İndia), Paskal Verlyayn (Sauber) və bir həftə əvvəl podiumda yerini cərimələnərək itirən Maks Ferstappen (Red Bull) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Valtteri Bottas (Mercedes AMG), Pyer Qasli (Toro Rosso) və Sebastyan Fettel (Ferrari) mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq, amma bu dəfə iştirakçıların sayı iki nəfər olacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Kristian Horner (Red Bull) və Frants Tost (Toro Rosso), sonra isə Siril Abitebul (Renault Sport) və Mauritsio Arrivabene (Ferrari) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*