23 Sentyabr 2018, Bazar - 10:57

Meksika-2017: İkinci sərbəst yürüşlər

Meksika-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

00:49 - 28 Oktyabr, 2017

Nahardan sonra trasın temperaturu +45 dərəcəyə qədər yüksəlib. Sıralanma turunda və yarışda eyni şərait gözlənildiyi üçün komandalar sazlanmalarla aktiv işləyiblər, eyni zamanda müxtəlif təkər tərkiblərinin effektivliyini də dəyərləndiriblər.

F-1.az bildirir ki, sessiyanın əvvəlində Roman Qrojanın maşınında arxa sol təkər partlayıb, maşın yerində fırlanıb, təkərin qırıntıları aerodinamik elementləri və altlığı zədələyib – məşqlər qırmızı bayraqlarla dayandırılıb və marşallar trası təmizləməli olublar. Cəmi 6 dəqiqədən sonra sessiyaya restart verilib, amma Roman bir daha trasa qayıtmayıb – maşının altlığını dəyişmək asan olmayıb.

Sessiyanın 20-ci dəqiqəsində Həmilton yerində fırlanaraq təkərləri bloka salıb – maşın bir neçə metr sürüşdükdən sonra baryerlərlə toqquşmadan qurtula bilib. Fettelin maşınında yanğınsöndürən balon işə düşüb – mexaniklər maşını yenidən trasa qaytara biliblər.

Qasli 10 dövrə vurduqdan sonra maşını mexaniklərə təhvil verib – səhər maşında Şon Gelael işləmişdi, nahardan sonra isə güc qurğusunda problemlər üzə çıxıb. Ferstappen də sessiyanı vaxtından əvvəl başa vurub – daxiliyanma mühərriyi resursunu başa vurduğu üçün sürücünün “cümə motorları” qurtarıb.

Protokollara isə Daniel Rikkardo trasın yeni rekordu ilə başçılıq edib – 1:17.801, nəticələr isə çox sıx alınıb – ilk dördlük saniyənin dörddə birinə yerləşib…

YerNSürücüKomandaZamanFərqDövrə
13Daniel RikkardoRed Bull1:17.80126
244Lyuis HəmiltonMercedes AMG1:17.932+ 0:00.13140
333Maks FerstappenRed Bull1:17.964+ 0:00.16317
45Sebastyan FettelFerrari1:18.051+ 0:00.25035
57Kimi RəykkönenFerrari1:18.142+ 0:00.34140
677Valtteri BottasMercedes AMG1:18.299+ 0:00.49843
714Fernando AlonsoMcLaren1:18.508+ 0:00.70726
811Serxio PeresForce İndia1:18.728+ 0:00.92741
927Niko HülkenberqRenault1:18.775+ 0:00.97419
1031Esteban OkonForce İndia1:18.822+ 0:01.02142
1155Karlos SaynsRenault1:19.060+ 0:01.25930
1219Felipe MassaWilliams1:19.206+ 0:01.40537
1328Brendon HartliToro Rosso1:19.423+ 0:01.62240
1418Ləns StrollWilliams1:19.524+ 0:01.72342
152Stoffel VandornMcLaren1:19.844+ 0:02.04332
1694Paskal VerlyaynSauber1:20.306+ 0:02.50538
1720Kevin MaqnussenHaas1:20.318+ 0:02.51735
189Markus ErikssonSauber1:20.362+ 0:02.56138
1910Pyer QasliToro Rosso1:21.745+ 0:03.94410
208Roman QrojanHaas1:25.526+ 0:07.7253

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 283
Teqlər , , , , , ,
Paylaş

logo