19 Noyabr 2017, Bazar - 01:35

Meksika-2017: Həftəsonuna hava proqnozu

Meksika-2017: Həftəsonuna hava proqnozu

Müəllif: Elçin Zodorov, redaktor

08:11 - 26 Oktyabr, 2017

Mexikoda həftəsonuna hava proqnozu mülayim hava vəd edir. Gecələr temperatur maksimum +10 dərəcə olacaq. Gündüzlər isə hava Ferrari-dən çox Mercedes-in xeyrinə olacaq – termometrlər +22 dərəcəni göstərəcəklər.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava günəşli olacaq, yağıntı gözlənilmir. Nahardan sonra mülayim şimal-qərb küləyi əsəcək, hərarət +24 dərəcəyə qədər yüksələcək. Şənbə və bazar günlərində hava buludlu olacaq. Temperaturun +22 dərəcə olması gözlənilir. Yağıntı ehtimalı isə 10%-dir.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 11. 882
Teqlər , ,
Paylaş

logo