22 Noyabr 2017, Çərşənbə - 13:03

Meksika-2017: DHL Fastest Pit Stop Award

Meksika-2017: DHL Fastest Pit Stop Award

Müəllif: Elçin Zodorov, redaktor

16:10 - 02 Noyabr, 2017

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

F-1.az xəbər verir ki, Mercedes mexanikləri Ostindən sonra Mexikoda da hamıdan sürətli olublar – onlar Bottasın maşınına cəmi 2.19 saniyə ərzində xidmət ediblər. Çempion komanda bu sahədə bütün yarışlarda xal qazanan yeganə komandadır. Lakin bu dəfə ən çox xalı onlar yox, ən böyük rəqibləri Willams toplayıb – Qrouv komandasının mexanikləri ikinci və üçüncü nəticələri göstəriblər.

Ferrari də ilk onluğa iki nəticə ilə düşən digər komanda olub. Sauber və McLaren mexanikləri isə bu dəfə “yarıtmayıblar”.

Mercedes-in inamlı liderliyi davam edir, lakin Williams da birincilik şansını hələ qoruyur…

 

KomandaAvstraliyaÇinBəhreynRusiyaİsaniyaMonakoKanadaAzərbaycanAvstriyaBritaniyaMacarıstanBelçikaİtaliyaSinqapurMalayziyaYaponiyaABŞMeksikaBraziliyaƏbu DabiCəmi
1. Mercedes261820403330121533122943433303525438
2. Williams402531251212250433143120122319633392
3. Red Bull6271925182581810220121152925306305
4. Ferrari11201016116251411421801802320209
5. Force İndia612304141727000241218606149
6. Toro Rosso121012020100112023181100110140
7. Haas0600480124106182218101101130
8. McLaren00260856241000086048
9. Renault0000000000202002028
10. Sauber0000000010000000001

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 351
Teqlər , , , ,
Paylaş

logo