24 Noyabr 2017, Cümə - 17:14

Meksika-2017: Bukmeyker cədvəlləri

Meksika-2017: Bukmeyker cədvəlləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:12 - 26 Oktyabr, 2017

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, Mühəndislər Kubokunda mübarizə başa çatdığı üçün və Lyuis Həmilton dördüncü titulun yarım addımlığında dayandığı üçün bukmeykerlər yalnız Meksika yarışında qələbəyə cədvəl dərc etməklə kifayətləniblər. Titulu özünə təmin etməsinə yarışda beşinci olması yetərli olduğu halda, bukmeykerlər yenə də Lyuisi favorit hesab ediblər.

Meksika Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton1.83
Sebastyan Fettel3.75
Maks Ferstappen6.50
Valtteri Bottas, Daniel Rikkardo13.00
Kimi Rəykkönen23.00

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 12. 870
Teqlər , , , ,
Paylaş

logo