25 Sentyabr 2017, Bazar ertəsi - 13:59

Meksika-2016: Sıralanma turu

Meksika-2016: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

00:17 - 30 Oktyabr, 2016

Həftəsonu başlamamışdan əvvəl hər kəs Meksikada trasın bir il əvvəlki vəziyyətlə müqayisədə daha az sürüşkən olacağına əmin idi, lakin asfatla ilişmə yenə də ürəkaçan olmayıb. Hava seyrək olduğundan, aerodinamika elə də mühüm rol oynamayıb. Temperaturun aşağı olması isə hər şeyi bir qədər də çətinləşdirib.

F-1.az xatırladır ki, komandalar məşqlərdə istədikləri kimi işləyə bilməmişdilər – temperaturun aşağı olması təkərlərin işləmə diapazonunu tapmaqda çətinlik yaradırdı. Cümə günü səhər protokollara Lyuis Həmilton başçılıq etmişdisə də, nahardan sonra günün ən sürətli nəticəsi Sebastyan Fetteldən gəlmişdi. Üçüncü sessiyada isə Maks hamıdan sürətli olmuşdu.

Pirelli Meksikaya Medium, Soft və SuperSoft üçlüyünü gətirib. Tərkiblər arasındakı fərq saniyədən bir qədər azdır. SuperSoft-un resursu olduqca tez tükənir, Medium təkərlərlə isə asfaltla ilişmə əldə etmək çox çətindir.

Havanın tempraturunun dəyişilməsi təkər seçiminə də təsir edib. Həftəsonu ərzində ilk dəfə sessiyanın əvvəlində asfaltın istliyi +50 dərəcəyə çatıb. Hava soyuq olub – məşqlərdə belə şərait olmayıb və komandalar sıralanma turunun gedişində şəraitə uyğunlaşmalı olublar.

Colion Palmer sıralanma turunda iştirak edə bilməyib. O, səhər keçirilən məşqlərdə maşınını zədələyib və mexaniklər maşını sessiyaya çatdıra bilməyiblər. Britaniyalı sürücü sabah yarışa pit yolundan başlayacaq.

Birinci sessiyaya sürücülər SuperSoft təkərlərlə başlayıblar. Lakin bir isinmə dövrəsi təkərlərin qızdırılması üçün kifayət etmədiyindən, ardıcıl dövrələr vurmalı olublar. Qrojanın maşınında problem olub, lakin fransız sürücü bir qədər sonra yenidən trasa qayıdıb. Maşınının motoru güc itirən Kvyat boksa qayıtmalı olub və sessiyanı başa vurub. Protokollara Həmilton başçılıq edib – 1:19.447. Qutyerres, Kvyat, Nasr, Okon və Qrojan mübarizəni dayandırıblar.

İkinci sessiyada Mercedes AMG, Ferrari, Force İndia və Williams sürücüləri ilk cəhdlərinə Soft təkərlərlə çıxıblar. Yenə də təkərləri qızdırmaq üçün ardıcıl dövrələr vurmaq lazım gəlib. Ferstappen SuperSoft-la ən sürətli olub – 1:18.972. Fettel Həmiltona sürətli dövrəsində mane olub. Komanda radio danışığı zamanı Sebastyandan üzr istəyib – çünki onlar alman sürücüyə Həmiltonun yaxınlaşması barədə xəbərdarlıq etməmişdilər. İlk dördlük – Ferstappen, Həmilton, Fettel və Rikkardo ikinci cəhdlərinə çıxmayıblar. Niko Soft, yerdə qalan sürücülər isə SuperSoft-la çıxıblar. Alonso, Batton, Peres, Maqnussen, Eriksson və Verlyayn mübarizəni dayandırıblar.

Sonuncu sessiyada bütün sürücülər trasa SuperSoft-la çıxıblar. İlk cəhdlərdən sonra Həmilton protokollara başçılıq edib: 1:18.704. Rosberq növbəti cəhdində olduqca əhəmiyyətli olan ikinci yeri tutub – o, Lyuisə 0.25 saniyə uduzub. Beləliklə də, Lyuis karyerasındakı 59-cu, cari mövsümdəki 10-cu və bu trasdakı ilk poulunu qazanıb. Sabah bizi olduqca gərgin mübarizə gözləyir…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG11:19.447621:19.13741:18.7048
26Niko RosberqMercedes AMG61:19.996551:19.76191:18.9588
333Maks FerstappenRed Bull51:19.874511:18.97231:19.0546
43Daniel RikkardoRed Bull31:19.713541:19.55341:19.1336
527Niko HülkenberqForce İndia121:20.599661:19.76981:19.3308
67Kimi RəykkönenFerrari21:19.554571:19.93691:19.3767
75Sebastyan FettelFerrari41:19.865531:19.38541:19.3818
877Valtteri BottasWilliams81:20.338581:19.95881:19.5517
919Felipe MassaWilliams91:20.423491:20.15181:20.0327
1055Karlos SaynsToro Rosso101:20.4578101:20.16981:20.3788
1114Fernando AlonsoMcLaren111:20.5524111:20.2828
1211Serxio PeresForce İndia71:20.3086121:20.2878
1322Censon BattonMcLaren151:21.3339131:20.6738
1420Kevin MaqnussenRenault141:21.25410141:21.1318
159Markus ErikssonSauber131:21.0628151:21.5367
1694Paskal VerlyaynManor161:21.36310161:21.7857
1721Esteban QutyerresHaas171:21.4019
1826Daniil KvyatToro Rosso181:21.4544
1912Felipe NasrSauber191:21.6929
2031Esteban OkonManor201:21.88110
218Roman QrojanHaas211:21.91610
2230Colion PalmerRenault220

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 235
Teqlər , , , , , ,
Paylaş

logo