21 Sentyabr 2017, Cümə axşamı - 05:36

Meksika-2016: Həftəsonuna hava proqnozu

Müəllif: Elçin Zodorov, redaktor

07:04 - 27 Oktyabr, 2016

Bu həftəsonu baş tutacaq Qran Pri üçün yerli meteoroloqlar son hava proqnozunu elan ediblər – Meksikanın paytaxtında yağış yağması ehtimalı var.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günündən şənbə gününə qədər hava buludlu olacaq. Hərarətin +20 dərəcə ilə +22 dərəcə arasında dəyişəcəyi gözlənilir. Yarış günü yağışın yağma ehtimalı 80% qiymətləndirilir, lakin gecə saatlarında yağacağı gözlənilir.

Xatırladaq ki, keçən il burada cümə günü keçirilən sərbəst yürüşlər yağışlı havada baş tutmuş, şənbə və bazar günləri isə hava quru olmuşdu…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 161
Teqlər , ,
Paylaş

logo