21 Sentyabr 2017, Cümə axşamı - 12:28

Meksika-2016: Günün sürücüsü – Sebastyan Fettel

Meksika-2016: Günün sürücüsü – Sebastyan Fettel

Müəllif: Elçin Zodorov, redaktor

01:51 - 31 Oktyabr, 2016

Bu il çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi Sinqapur Qran Prisinə qədər yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilirdisə, Sinqapur Qran Prisindən etibarən sorğu yarış ərzində keçirilir.

F-1.az xəbər verir ki, yarış yeddinci yerdən başlayan, finiş xəttini dördüncü keçməsinə baxmayaraq, Ferstappenə verilən cəzadan sonra podiuma yüksələn Sebastyan Fettel “Günün Sürücüsü” seçilib. Alman sürücü Sinqapur Qran Prisində də bu ada layiq görülmüşdü.

Ən çox – 7 dəfə Maks Ferstappen “Günün sürücüsü” seçilib. Bu 7 yarışın hamısı İspaniya Qran Prisindən – yəni Maksın Red Bull-a keçməsindən sonraya təsadüf edir. O, yeni komandası ilə ilk yarışı olan və qalib gəldiyi İspaniyada, daha sonra isə Kanada, Avstriya və BritaniyaMalayziyaYaponiya və ABŞ Qran Prilərində bu ada layiq görülüb.

Red Bull sürücüsündən əlavə, Avstraliya və Bəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen, Monakoda və Bakıda keçirilən Avropa Qran Prisində Serxio Peres, Macarıstan Qran Prisində Kimi Rəykkönen, Almaniya Qran Prisində Daniel Rikkardo, Belçika Qran Prisində Lyuis Həmilton, İtaliya Qran Prisində isə Niko Rosberq “Günün sürücüsü” seçilmişdilər.

Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 195
Teqlər , , ,
Paylaş

logo