16 Dekabr 2017, Şənbə - 03:20

Meksika-2016: Bukmeyker cədvəlləri

Meksika-2016: Bukmeyker cədvəlləri

Müəllif: Elçin Zodorov, redaktor

06:05 - 27 Oktyabr, 2016

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlərin fikrincə, keçən həftəsonu Ostində qalib gəlmiş Lyuis Həmilton Meksikada da qələbəyə ən real namizəddir. Niko Rosberqin şansları ondan bir qədər az qiymətləndirilib. Bukmeykerlər Red Bull sürücülərini Ferrari sürücülərinə nisbətən qələbəyə daha yaxın hesab edirlər.

Meksika Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton2.00
Niko Rosberq2.20
Daniel Rikkardo12.00
Maks Ferstappen15.00
Sebastyan Fettel17.00
Kimi Rəykkönen34.00
Niko Hülkenberq201.00
Valtteri Bottas, Felipe Massa, Serxio Peres251.00

 

Lyuis ABŞ Qran Prisində qələbə qazanaraq çempionatdakı xal fərqini 26-a endirib, lakin Niko Meksikada titulunu rəsmiləşdirə bilər. O, bunun üçün qalib gəlməlidir və Lyuis ən yaxşı halda onuncu olmalıdır. Lyuisin çempionluq şansları keçən həftə ilə müqayisədə bir qədər çox qiymətləndirilsə də, Niko titulun əsas favoritidir…

Dünya çempionatında qələbə (sürücülər)
Niko Rosberq1.22
Lyuis Həmilton4.00

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 321
Teqlər , , , , ,
Paylaş

logo