11 Dekabr 2017, Bazar ertəsi - 10:00

Meksika-2016: Birinci sərbəst yürüşlər

Meksika-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

20:55 - 28 Oktyabr, 2016

Meksika vaxtı ilə səhər saatlarına təsadüf edən birinci sərbəst yürüşlər buludlu, lakin quru havada baş tutub. Temperatur +13 dərəcəyə, asfatlın istiliyi isə +25 dərəcəyə qədər yüksəlib.

F-1.az bildirir ki, Verlyayn, Massa, Nasr və Peres Halo sistemi ilə trasa çıxıblar. Kiçik bir fasilədən sonra adı çəkilən sürücülər sərbəst yürüşlərdəki ənənəvi proqramlarına başlayıblar. Halo sistemini yoxlamaq növbəsi isə Maqnussenə çatıb.

Startdan yarım saat keçdikdən sonra sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Nasrın bolidinin sərt döngədə ön qanadının qırılması olub. Braziliyalı sürücü bolidini sərbəst şəkildə boksa gətirib. Marşallar trası təmizləyiblər və 8 dəqiqə fasilədən sonra sessisya yenidən başlayıb. Nasr bir də sessiyanın sonunda trasa qayıdıb.

Komandalar əyləclərin soyutma sistemlərinin konfiqurasiyaları üzərində eksperimentlər aparıblar. Ardıcıl dövrələrdən sonra boksa qayıdan Maksın arxa əyləcləri alovlanıb və yanğınsöndürənlərdən istifadə olunub. Mexaniklər maşının üzərində işləsələr də, Maks sessiyanı vaxtından əvvəl tamamlayıb.

Keçən il ilk yarış olduğundan asfalt örtüyü yeni idisə də, bu il asfaltla ilişmə artıb və sürücülər artıq sessiyanın əvvəlində keçən il sərbəst yürüşlərdə göstərilmiş nəticələri bir neçə saniyə üstələyiblər. Sessiyanın sonunda 16-cı döngənin olduğu hissədə az miqdarda yağış yağsa da, trasın vəziyyətinə təsir etməyib.

Həmilton protokollara başçılıq edib – 1:20.914. Növbəti iki yeri Ferrari sürücüləri tutublar, onları isə Force İndia sürücüləri izləyiblər. Çempionatın lideri Rosberq ancaq yeddinci ola bilib. Nahardan sonra məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:20.91434
25Sebastyan FetteıFerrari1:20.993+ 0:00.07923
37Kimi RəykkönenFerrari1:21.072+ 0:00.15819
411Serxio PeresForce İndia1:21.200+ 0:00.28623
527Niko HülkenberqForce İndia1:21.409+ 0:00.49523
677Valtteri BottasWilliams1:21.447+ 0:00.53334
76Niko RosberqMercedes AMG1:21.673+ 0:00.75932
83Daniel RikkardoRed Bull1:21.727+ 0:00.81327
919Felipe MassaWilliams1:21.836+ 0:00.92231
1026Daniil KvyatToro Rosso1:22.215+ 0:01.30129
118Roman QrojanHaas1:22.500+ 0:01.58621
1255Karlos SaynsToro Rosso1:22.563+ 0:01.64932
139Markus ErikssonSauber1:22.723+ 0:01.80917
1433Maks FerstappenRed Bull1:22.877+ 0:01.96310
1521Esteban QutyerresHaas1:22.910+ 0:01.99623
1614Fernando AlonsoMcLaren1:23.089+ 0:02.17525
1712Felipe NasrSauber1:23.089+ 0:02.17512
1822Censon BattonMcLaren1:23.342+ 0:02.42824
1920Kevin MaqnussenRenault1:23.556+ 0:02.64232
2031Esteban OkonManor1:24.083+ 0:03.16930
2130Colion PalmerRenault1:24.097+ 0:03.18335
2294Paskal VerlyaynManor1:24.350+ 0:03.43628

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 242
Teqlər , , , ,
Paylaş

logo