McLaren yeni maşınını yanvarın 24-də təqdim edəcək

McLaren komandasının mətbuat xidməti yeni MP4-29-un təqdimat tarixini elan edib: yeni maşın onlayn rejimində komandanın rəsmi saytında və komandanın sosial […]

McLaren komandasının mətbuat xidməti yeni MP4-29-un təqdimat tarixini elan edib: yeni maşın onlayn rejimində komandanın rəsmi saytında və komandanın sosial şəbəkələrdəki rsəmi kanallarında göstərəcəklər. Təqdimat yanvarın 24-də Bakı vaxtılə saat 16:00-da başlayacaq və azarkeşlərə maşın haqqında məlumatlar, onun şəkilləri və onunla bağlı videomateriallar təqdim olunacaq.

Komanda özünün Twitter bloqunda müəmmalı bir şəkil yerləşdirib və təqdimat ərəfəsində hamını təəccübləndirib: şəkildə hamı məşhur Bətməni tanıya bilib, amma bunun nə məna kəsb etdiyini biz 17 gündən sonra öyrənəcəyik.

Formula1 komandaları arasında McLaren komandası yeni mövsümün maşını ilk olaraq göstərənlərdən olacaq. Ondan əvvəl yalnız Mercedes AMG yeni maşınının təqdimat tarixini elan edib: yeni W05 mətbuata yanvarın 28-də Xeres testlərinin ilk günü göstəriləcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*