McLaren Williams-dan sürətlidir?

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, MCL32 döngələrdə Williams-dan daha sürətlidir.

F-1.az xatırladır ki, britaniyalılar Çin yarışında Fernando Alonso ilə xal almağa yaxınlaşmış, amma etibarsızlıq probleminə görə mövsümün ikinci yarışından da xalsız ayrılmışdılar.

Stoffel Vandorn: “Massanın arxasında olduğum zaman döngələrdə ona yaxınlaşa bilirdim. Bu gözəl hal olsa da, öndəkilərə hücum eləmək üçün bəs eləmir. Düzlüklərdə hələ də çox yavaşıq və rəqiblərimiz asanlıqla fərqi aça bilirlər. DRS açıq olanda belə ötmə etmək mümkünsüzdür. Mühəndislər mənə nəticələrimin yaxşı olduğunu dedilər. Arxa tərəfdə trafik çox olduğu üçün təmiz dövrələr vura bilmirdim. Amma ümumi olaraq inkişaf etdiyimizi düşünürəm. Bəhreynə qədər inkişaf edəcəyimizə inanmıram. Orada da işimiz çətin olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*