17 Dekabr 2017, Bazar - 10:19

McLaren testlərdə 4 sürücü ilə iştirak edəcək

McLaren testlərdə 4 sürücü ilə iştirak edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

07:23 - 27 Noyabr, 2017

McLaren komandası bu gün verdiyi açıqlamada bildirib ki, Əbu Dabidəki təkər testlərində 4 müxtəlif sürücü ilə mübarizə aparacaqlar.

F-1.az xatırladır ki, komandalar bu testlərdə gələn il istifadəyə veriləcək 7 növ təkər dəstini test edəcəklər. İndiyə kimi əksər komandalar test proqramlarını açıqlamışdılar. McLaren də bu sıraya qoşulub.

Britaniyalılar Braziliya yarışından sonra 2 günlük test etməli idilər, amma trasdakı təhlükəsizlik tədbirləri yaxşı olmadığı üçün təxirə salınmışdı.

Buna görə də Formula1-in ən titullu üçüncü komandası FİA-dan icazə alıb və Pirelli McLaren komandasının iki bolid ilə testlərdə iştirakına icazə verib.

Beləliklə, testlərdə Fernando Alonso, Stoffel Vandorn, Oliver Törvi və Lando Norris komandaya kömək edəcəklər. Xatırladaq ki, Törvi Bəhreyn testlərində iştirak etmiş və problemlərə görə cəmi 15 dövrə vura bilmişdi.

Testlərin ilk günündə Törvi və Alonso, ikinci günündə isə Vandorn və Norris sükan arxasına keçəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 34
Teqlər , , , , , , ,
Paylaş

logo