McLaren təqdimat tarixini açıqlayıb

McLaren sosial şəbəkələrdə yaydığı xəbərdə 2017-ci ilin bolidinin təqdimat tarixini açıqlayan 5-ci komanda olub.

F-1.az McLaren-in sosial şəbəkələrinə istinadən bildirir ki, britaniyalılar yeni bolidi Ferrari ilə eyni gündə – fevralın 24-də təqdim edəcəklər.

McLaren bu açıqlamanı rəsmi Twitter bloqunda verib və təqdimat tarixini açıqlayan 5-ci komanda olub.

Xatırladaq ki, britaniyalılar 2015-ci ildə Honda mühərriyinə keçdikdən sonra podiuma belə yüksələ bilməyiblər və yeni qaydaların gəldiyi 2017-ci ildə uğur qazanmaq istəyirlər.

McLaren bu ildən etibarən Alonso və Vandorn ilə yarışacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*