McLaren sürücülərinə rəqabət azadlığı verilib

McLaren komandasının rəhbərliyi Lyuis Həmilton və Censon Battonun mübarizəsinə qarışmağa hazırlaşmır – amma komanda risk edir ki, sürücülər bir-birini vacib […]

McLaren komandasının rəhbərliyi Lyuis Həmilton və Censon Battonun mübarizəsinə qarışmağa hazırlaşmır – amma komanda risk edir ki, sürücülər bir-birini vacib xallardan mərhum etməklə, hətta trasda toqquşa da bilərlər.

Martin Uitmarş: “Komanda yoldaşları arasındakı mübarizəni saxlamaq çox çətindir. Biz bununla məşğul olmuruq və bu çoxdanın ənənəsidir. Hər bir sürücü qarşıdakı yarışda qələbə qazanmağa çalışır və hər ikisi bilir ki, onların rəqabət azadlığı var.

Son illər hamı mənə nəsihət edir ki, sürücülərə necə rəhbərlik etmək lazımdır. Amma biz adətən onlara azad rəqabətə icazə veririk, azarkeşlər də bizdən bunu gözləyirlər, elə sürücülərin özləri də.

Mövsümün startı çox ümidverici alınıb, amma arxada cəmi bri yarış qalıb. Ona görə də hadisələri tələsdirməyin. Biz hələlik cəmi bir qələbə qazanmışıq və burda, Malayziyada, hələ xal toplamamışıq. Qarşıda bizi 56 isti dövrə gözləyir, hər bir dövrə gərgin mübarizə olacaq. Əlbəttə, istəyirəm ki, yarış quru havada baş tutsun, amma biz Malayziyadayıq və hər şey ola bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*