McLaren sürücüləri yeni aerodinamikanı yoxlayacaqlar

Avropa Qran Prisinin sərbəst yürüşlərində McLaren sürücüləri aerodinamikanın yeni elementlərini – ön antiqanadın və maşınınarxa diffuzorunun yenilənmiş konfiqurasiyalarını yoxlayacaqlar… Martin […]

Avropa Qran Prisinin sərbəst yürüşlərində McLaren sürücüləri aerodinamikanın yeni elementlərini – ön antiqanadın və maşınınarxa diffuzorunun yenilənmiş konfiqurasiyalarını yoxlayacaqlar…

Martin Uitmarş: “Bu uik-end biz ön antiqanadın yeni versiyasını yoxlayacayıq və ümid edirik ki, bu element inkişaf etməyə imkan verəcək. Sərbəst yürüşlərin birinci hissəsində maşınlardan birinə yeni antiqanad, digərinə isə yeni diffuzor qoyulacaq. Mühəndislər məlumatları toplayıb təhlil edəcəklər və nahardan sonra hər iki maşın eyni konfiqurasiyada olacaq.

Bundan əlavə bu gün şübhə etmirik ki, KERS böyük üstünlük verir. Biz sistemin köməyilə dövrədə yaxşı vaxt göstərə bilərik, hücum və müdafiənin effektliyini artıra bilərik, sıralanma turlarında isə ilk cərgələrdən start zamanı üstünlük qazana bilərik. Mövsümün əvvəllərində biz liderlərdən uzaqda start alırdıq, amma indi maşının inkişafı və KERS-in effektliyi maraqlı texniki üstünlüklər verir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*