16 Dekabr 2017, Şənbə - 22:52

McLaren Soçidəki uğurunu davam etdirmək istəyir

McLaren Soçidəki uğurunu davam etdirmək istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

07:08 - 27 Aprel, 2017

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Rusiya yarışında təmiz həftəsonu keçirərək, orta qrupda mübarizə aparmaq istəyirlər.

F-1.az xatırladır ki, britaniyalılar bu il cəmi bir dəfə finişə çata biliblər və hazırda turnir cədvəlinin zirzəmisində qərarlaşıblar. McLaren komandası bu il etibarlılıq cəhətdən çoxlu problemlər yaşasa da, Bəhreyndəki ikigünlük mövsümiçi testlərin son günündə Vandornla 81 dövrə vura bilmişdilər. Xatırladaq ki, “narıncılar” keçən il Soçidə hər iki sürücü ilə xal qazana bilmişdilər.

Erik Bulye: “Geridə qoyduğumuz yarışlar xəyal etdiyimiz kimi olmadı. İndiyə qədər qüsursuz həftəsonu keçirə bilmədik. Honda MGU-H problemlərini həll etmək üçün dayanmadan çalışır. Biz də McLaren üçün işlər yaxşı getsin deyə çalışırıq. Ən azından iki bolidlə də finişə çatmaq istəyirik.

Testlərdən sonra Soçiyə daha çox yeni detal gətirmək üçün çalışdıq. Şassini təkmilləşdirmək üçün doğru yöndə addımlar atırıq və hər sahədə əlavə performans tapmaq üçün əlimizdən gələni edirik. Hər iki sürücümüz bolid barədə müsbət düşünür və bunu davam etdirmək çox vacibdir. Soçidə hər sessiya çox vacibdir. Rusiyada həmişə komandalar bir-birilərinə çox yaxın olublar və biz də mübarizənin içində olmaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 852
Teqlər , , ,
Paylaş

logo