McLaren sabahı gözləyir

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, komanda daxilində gözəl abu-hava var və ilk yarışı səbirsizliklə gözləyirlər.

F-1.az xatırladır ki, britaniyalılar bu ildən Renault mühərriklərinə keçirlər və hamı McLaren komandasından daha gözəl nəticələr gözləyir.

Zek Braun: “Hamı bir yerdə əla işləyir. Erik Bulye komandadan razıdır. Keçən dəfə ondan – “başqa şeyə ehtiyacın var?” – deyə soruşdum. O isə dedi ki, “yox, ehtiyacım olan hər şeyə sahibəm”. Buna görə də çox ümidliyik. Kaş sabah Avstraliya yarışı olardı. Yenidən qazanmaq üçün səbirsizlənirik. Hamı uğura acdır. Bu yaxşı haldır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*