McLaren S.Vandornun Manor-a keçəcəyini təkzib edib

Rio Haryantonun Manor-da mövsümün sonuna qədər yarışması üçün olan tələb olunan məbləğin yarısı mövsümün əvvəlində yatırılıb.

Ödənişin qalan hissəsinin komandanın hesabına köçürüləcəyi bildirilsə də, bu hələ reallaşmayıb və artıq paddokda Rionun mövsümün ikinci hissəsində yarışa bilməyəcəyi danışılır.

F-1.az xəbər vermişdi ki, MotorSport.com McLaren-in yetirməsi Stoffel Vandornun Haryantonu əvəzləyə biləcəyi ilə bağlı məlumat əldə edib. Lakin Erik Bulye bunu təkzib edib: “Ron Dennisin də dediyi kimi, Stoffel McLaren ailəsinin bir üzvüdür. Başqa komandaların onunla maraqlanması bizi təəccübləndirmir, çünki istedadlı pilotdur. Lakin deyilənlər şayiədir və həqiqətə uyğun deyil”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*