McLaren-in rəsmi bəyanatı

McLaren komandası Lyuis Həmiltonu Avstraliya Qran Prisinin yarış protokolundan diskvalifikasiya etmiş stüardların qərarından sonra rəsmi bəyanat yayıb… “FİA-nın stüardları keçən […]

McLaren komandası Lyuis Həmiltonu Avstraliya Qran Prisinin yarış protokolundan diskvalifikasiya etmiş stüardların qərarından sonra rəsmi bəyanat yayıb…

“FİA-nın stüardları keçən bazar günü qəbul etdikləri qərarı ləğv edərək Vodafone McLaren Mercedes komandasının sürücüsü Lyuis Həmiltonu Avstraliya Qran Prisinin protokolundan diskvalifikasiya edən yeni qərar qəbul ediblər.

Komanda hesab edir ki, belə bir qərar komanda və sürücü arasındakı radiodanışığın təhlili əsasənda qəbul olunub. Komanda səhv edərək, hesab edirdi ki, bu danışıqlar stüardlar tərəfindən hələ martın 29-da öyrənilmişdi və o zaman əlavə müzakirəyə lüzum saymamışdı.

Buna baxmayaraq, Vodafone McLaren Mercedes komandası üzr istəyir və stüardların qərarından protest verməyəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*