20 Noyabr 2017, Bazar ertəsi - 06:02

McLaren reklam çəkilişlərindən sonra növbəti testlərə güclü başlamağı planlaşdırır…

McLaren reklam çəkilişlərindən sonra növbəti testlərə güclü başlamağı planlaşdırır…

Müəllif: Elçin Zodorov, redaktor

07:57 - 27 Fevral, 2016

McLaren Honda martın əvvəli başlayacaq və 4 gün davam edəcək növbəti mövsümöncəsi testlərə qədər reklam çəkilişi etməyi planlaşdırıb.

F-1.az qeyd edir ki, hər bir komandanın il ərzində 2 dəfə reklam çəkilişi etmək haqqı var və hər çəkilişdə maksimum 100 km məsafə qət edə bilərlər. Komandalar adətən bu yürüşləri təkcə reklam çəkilişi məqsədi ilə etmir, həm də maşını test edirlər. Bu yürüşlərdə nümayiş təkərlərindən istifadə olunur.

McLaren dünən yekunlaşan 4 günlük ilk testlərə keçənilki testlərlə müqayisədə yaxşı başladı. İlk 2 gündə heç bir problem yaşamadan xeyli məsafə qət edən komanda 3-cü gün nahardan sonra mühərrik problemi ilə üzləşdi. Honda bolidə 4-cü gün üçün yeni mühərrik yerləşdirdi, lakin onda da su sızıntısı aşkar edildi və komandanın pilotu Fernando Alonso cəmi 3 dövrə vura bildi. Ümumilikdə 257 dövrəni tamamlayan komanda Manor-dan sadəcə 3 dövrə çox vurub. McLaren Formula1-in yeni komandası olan Haas-dan 24 dövrə az vurub…

İki test seriyası arasında cəmi 4 gün fasilə var və komandanın aerodinamikada böyük dəyişikliklər etmək şansı olduqca azdır. Amma ən azından bu günlərə planlaşdırılan reklam çəkilişlərindən komanda istifadə edə bilər. Komanda bu yürüşlərdə 2-ci testlərdə yarana biləcək potensial problemləri görə və onları həll edə bilər.

Honda-nın 2-ci testlərə qədər mühərrikdə etibarlılıq və sürəti artıracaq bəzi yeniliklər edəcəyi gözlənilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 275
Teqlər ,
Paylaş

logo