McLaren P.Lounu buraxmaq istəmir

McLaren komandasının texniki direktoru Pəddi Lou Uokinqdə 20 illik iş təcrübəsinə malikdir və Formula1-in ən təcrübəli mühəndislərindən hesab olunur. Pəddi […]

McLaren komandasının texniki direktoru Pəddi Lou Uokinqdə 20 illik iş təcrübəsinə malikdir və Formula1-in ən təcrübəli mühəndislərindən hesab olunur. Pəddi paddokda 1987-ci ildə peyda olub – hələ o zaman Williams komandasında elektronika şöbəsinə başçılıq edərək aktiv asılqan sisteminin hazırlanması ilə məşğul olurdu.

İndi 50 yaşı olan britaniyalı mütəxəssisi karyerasında güclü təkan gözləyir: Avropa mətbuatı yazır ki, Lou Mercedes AMG komandasından rəhbər vəzifələrdən birinə dəvət alıb.

Londonda dərc olunan The Daily Mail yazır ki, Mercedes AMG komandasına onu Niki Lauda çağırıb, amma McLaren belə bir qiymətli mütəxəssisi buraxmaq istəmir.

12 il əvvəl baş vermiş buna oxşar hadisə azarkeşlərin yadında olmalıdır: Niki Lauda Jaguar GP komandasına başçılıq edirdi və öz komandasına McLaren komandasının texniki direktoru Ədrian Nyuini gətirmək istəmişdi. Amma McLaren-in başçısı Ron Dennis dahi mühəndisi imtinaolunmaz təkliflə komandada saxlaya bilmişdi: Nyuiyə illik 10 milyon funt sterlinq əmək haqqı və dördgünlük iş həftəsi təklif olunmuşdu. Nyui Dennisin təklifini qəbul etmişdi, amma 2006-cı ildə Diter Mateşiçin daha yağlı təklifi onu Red Bull-a gətirdi.

The Daily Mail hesab edir ki, Lou yenə də alverə keçib, amma bu dəfə Lou uğrunda mübarizə gedir və qiymətlər fərqlidir: McLaren-də Lou 600 min funt alır, Mercedes AMG ona 900 min funt təklif edir.

McLaren Group-un başçısı Ron Dennis texniki direktorun maşını qaldırmağa razıdır, hətta Lounun öhdəliklərini də azaltmağa razılıq verib. Lou isə hələ son qərarını qəbul etməyib…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*