McLaren Petrobrasla tərəfdaşlıq edəcək

McLaren braziliyalı neft şirkəti Petrobras-la müqavilə bağlayıb.

F-1.az xəbər verir ki, müqavilə 2019-cu ildən etibarən qüvvəyə minəcək. Müqaviləyə əsasən, braziliyalı neft şirkəti McLaren-in yağ və yanacaq təminatçısı olacaq. PetroBras-ın loqotipləri bolidin üzərində və komandanın uniformasında olacaq.

Qeyd edək ki, şirkət yanacaqları təhlil etmək üçün McLaren boksunda laboratoriyaya sahib olacaq.

Zek Braun: “Braziliyanın inanılmaz Formula1 sevgisi var. İdmanın bəzi əfsanələri bu ölkədən çıxıb. Braziliya bazarındakı yerimizi PetroBras kimi şirkət hesabına möhkəmləndirdiyimiz üçün sevincliyəm. PetroBras iddialı quruluşdur və McLaren-in inkişafına kömək edəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*