McLaren-in mətbuat xidməti səhvə yol verib

Bu gün McLaren komandasının sürücü, 2009-cu ilin dünya çempionu Censon Battonun ad günüdür – britaniyalı sürücünün 33 yaşı tamam olub. […]

Bu gün McLaren komandasının sürücü, 2009-cu ilin dünya çempionu Censon Battonun ad günüdür – britaniyalı sürücünün 33 yaşı tamam olub. Komandanın mətbuat xidmətu rəsmi Facebook səhifəsində sürücüyə qısa təbrik ünvanlayıb.

s_shot-1
Londonda dərc olunan Daily Mail yazır ki, mətbuat xidməti təbriki müşaiyət edən şəkildə səhvə yol verib – səhifəyə Lyuis Həmiltonun Sinqapur Qran Prisindəki şəkli qoyulub. Bu səhvi azarkeşlər də görüblər və sosial səhifələrdə paylaşıblar. Tezliklə, komandanın mətbuat xidməti şəkli yeniləyib – indi səhifəni həmin yarış və həmin yerdə Censon Battonun şəkli bəzəyir…

s_shot-2

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*